AZ

Boliviyada təyyarə sərnişinlərlə birgə yoxa çıxdı

BAKI, 2 may. TELEQRAF

Boliviya Amazonunda bir uşaq da daxil olmaqla beş nəfəri daşıyan yüngül təyyarə itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse bildirib.

O, axtarış-xilasetmə əməliyyatlarının başlanmasına göstəriş verib.

Boliviyanın Mülki Aviasiya idarəsi məlumatı təsdiqləyib. Belə ki, təyyarə sonuncu dəfə aprelin 30-u, günorta saatlarında Trinidad hava limanında hava hərəkəti dispetçerləri ilə əlaqə saxlayıb.

Seçilən
0
3
teleqraf.com

7Mənbələr