BAKI, 2 may. TELEQRAF
Futbol üzrə Albaniya Kubokunda final oyunu keçirilib.
Teleqraf xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” komandası Tirananın “Dinamo Siti” klubuna rəqib olub.
Elbasan şəhərindəki eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu bölümdə 5:4 hesablı üstünlük əldə edən "Dinamo Siti" tarixində 14-cü dəfə ölkə kubokunu qazanıb.
Əliyev sonadək meydanda olsa da, penaltilər seriyasında iştirak etməyib.