Bakının "Zirə" klubu bu gün tarixində üçüncü dəfə Misli Premyer Liqasının gümüş medallarını qazana bilər.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri bundan ötrü çempionatın XXXIII turunun açılış matçında öz meydanında "Turan Tovuz"u məğlub etməlidirlər.

Belə olan halda, xalını 67-yə çatdıracaq "qartallar" son 4 tur qalmış ən yaxın rəqibi "Araz-Naxçıvan" (54 xal) üçün əlçatmaz olacaqlar.

"Turan Tovuz" isə ilk "üçlüy"ə yaxınlaşmaq üçün qələbə qazanmağa çalışacaq.

Xatırladaq ki, "Zirə" bundan öncə 2016-cı və 2024-cü illərdə gümüş medallara yiyələnib.

Bu gün saat 20-də başlanacaq maraqlı görüşlə bağlı bütün məlumatları, videogörüntüləri saytımız vasitəsilə izləyə bilərsiniz.

2 may

“Zirə” – “Turan Tovuz”

Zirə İK stadionu. Saat 20:00

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namik Hüseynov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Rüfət Əmirov