BAKI, 2 may. TELEQRAF
Vaşinqton və Tehran arasında nüvə danışıqlarının dördüncü mərhələsi yaxın vaxtlarda baş tutacaq.
Teleqraf “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.
Amerikalı diplomat bildirib: “Yalnız onu deyə bilərəm ki, danışıqların növbəti raundunun yaxın vaxtlarda baş tutacağını gözləyirik. Görüşün vaxtı və yeri razılaşma mərhələsindədir”.