Amerika Birləşmiş Ştatları hökuməti ölkə ərazisində qanunsuz yolla yaşayan, Mərkəzi Asiya regionundan olan 131 miqrantı Özbəkistana deportasiya edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumata görə, onların arasında Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları yer alır. Özbəkistan öz vətəndaşlarının deportasiyasını tam olaraq maliyyələşdirib.