Ərizəçi bu qaydalara uyğun tələbləri yerinə yetirdikdən sonra müraciət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Müraciət, şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə edilə bilər. Ərizəçi müəyyən edilmiş ərizə formasını doldurmalıdır. Müvafiq sənədlər və məlumatlar da təqdim edilməlidir. Ərizəçi tərəfindən təqdim olunan sənədlər müvafiq dövlət orqanlarından alınabilir. Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə bəzi sənədlər əldə oluna bilər. Ərizəçinin razılığı ilə bu sənədlər sorğu əsasında tələb edilə bilər. Sənədlər kağız və ya elektron formada təqdim edilə bilər. Agentlik ərizəni qeydiyyata aldıqdan sonra yoxlama prosesinə başlayır.