Uçuş heyətinin təlimi və təcrübəsi ilə bağlı tələblər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Şəhadətnamə, ixtisas qeydi və sertifikatların məhdudlaşdırılması yalnız Agentlik tərəfindən təsdiqlənə bilər. Bir şəxs yalnız bir hava gəmisinin kateqoriyası üzrə şəhadətnamə ala bilər. Ərizəçi yeni kateqoriyada şəhadətnamə və ya sertifikat almaq istəyirsə, Agentliyə müraciət etməlidir. Bacarıq testi və səriştə qiymətləndirilməsindən sonra ərizəçi altı ay ərzində müraciət etməlidir. Təlim, müəyyən edilmiş təcrübə və yenidən qiymətləndirmə tələbləri ilə uyumlu olmalıdır. Təlim və qiymətləndirmə nəticələri, Agentlik tərəfindən nəzərə alınmalıdır. Hava gəmilərində və ya təlim qurğusunda verilən təlimlər təcrübə üçün əsas götürülür. Uçuş heyətinin təlimləri, nəzəri və praktiki bilikləri təkmilləşdirməyə yönəldilməlidir.