Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunlarının hər ikisi eyni günə təsadüf edib.
İtaliya təmsilçisi “Forentina” İspaniyada “Betis”in qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda İspaniya klubu çətin qələbəyə sevinib.
Turnirin əsas favoriti sayılan İngiltərənin “Çelsi” komandası isə İsveçdə “Yurqorden”lə üz-üzə gəlib. London təmsilçisi bu oyunda darmadağına sevinməklə finala vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
1 may
“Betis” (İspaniya) – “Fiorentina” (İtaliya) 2:1
Qollar: Ezzalzuli, 6. Antoni, 64 – Ranyeri, 73.
“Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə) 1:4
Qollar: Muluqeta, 68 – C.Sanço, 13. Madueke, 43. N.Cekson, 59; 65.