AZ

Bu vəsaitlər suvarma sistemlərinin tikintisi və yenidən qurulması üçün istifadə olunur

Əmlak Məsələləri Dövlət Xidmətinin xüsusi hesabına yığılan vəsaitlər bir sıra mühüm layihələrin həyata keçirilməsinə yönəldilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Bu vəsaitlər suvarma sistemlərinin tikintisi və yenidən qurulması üçün istifadə olunur. Kənd təsərrüfatı torpaqlarının daşqın və sel sularından qorunması üçün tədbirlər görülür. Torlaqlararası yolların təmirinə və yeni torpaqlara yolların çəkilməsi də bu vəsaitlərdən istifadə edilən sahələrdəndir. Torpaq ehtiyatlarının öyrənilməsi və onların münbitliyinin artırılması işləri üçün də müəyyən vəsaitlər ayrılır. Bu işlər, əkin sahələrinin məhsuldarlığını artırmaq və ətraf mühitin qorunmasına xidmət edir. Torpaq kadastrının aparılması və monitorinq işlərinin həyata keçirilməsi də həmin vəsaitlərdən maliyyələşdirilir. Üzvi və mineral gübrələrin alınması və istifadəsi üçün bu vəsaitlərdən istifadə olunur. Həmçinin, korlanmış torpaqların yenidən yararlı hala salınması üçün lazım olan resurslar bu fondan təmin edilir.

Seçilən
0
heftelik.az

1Mənbələr