Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Ruben Amorimin "Mançester Yunayted"i İspaniyada "Atletik"i darmadağın edib: 0:3. Digər ingilis klubu "Tottenhem" isə 3:1 hesablı qələbə qazanaraq, "Bodo/Qlimt"i Norveçə əliboş yola salıb.
Cavab oyunları 1 həftə sonra baş tutacaq.
1 may
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
23:00 "Atletik" - "Mançester Yunayted" 0:3
23:00 "Tottenhem" - "Bodo/Qlimt" 3:1