BAKI. 2 may. TELEQRAF
UEFA Avropa Liqasında 1/2 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, hər iki qarşılaşma İngiltərə klublarının eyni hesablı qələbələri ilə əlamətdar olub.
Liqa mərhələsində "Qarabağ"la qarşılaşmış "Tottenhem" və Norveçin "Budö Qlimt" komandaları arasındakı görüşdə meydan sahibləri qalib gəlib - 3:1. Artıq 37-ci saniyədə Brennan Conson hesabı açıb. London komandasının növbəti qollarını Ceyms Meddison 34-cü, Dominik Solanke 61-ci dəqiqədə vurub. "Budö Qlimt"in təsəlli qoluna 87-ci dəqiqədə Ulrik Saltnes imza atıb.
"Mançester Yunayted" isə İspaniyanın “Atletik Bilbao”nu darmadağın edib - 3:0. İlk qolu 30-cu dəqiqədə Kazemiro vurub. 35-ci dəqiqədə Daniel Vivian qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.
Qonaqlar bundan layiqincə yararlanıb. Brunu Fernandeş 37-ci dəqiqədə penaltidən və 45-ci dəqiqədə "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.
UEFA Avropa Liqası
1/2 final, ilk oyunlar
1 may
23:00. “Tottenhem” (İngiltərə) - “Budö Qlimt" (Norveç) - 3:0
Qollar: Brennan Conson, 1. Ceyms Meddison, 34. Dominik Solanke, 61 - Ulrik Saltnes, 83
23:00. “Atletik Bilbao” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:3
Qollar: Kazemiro, 30. Brunu Fernandeş, 37 (pen.); 45
Qırmızı vərəqə: Daniel Vivian, 35 ("Atletik")
Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 8-də keçiriləcək.