AZ

“Çelsi”nin futbolçusu “Fənər”ə keçə bilər

“Çelsi”nin belçikalı yarımmüdafiəçisi Romeo Laviya Türkiyə Super Liqasında çıxış edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”, 21 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədir. Klubun baş məşqçisi Joze Mourinyo, Laviyanı komandasında görmək istəyir.

Qeyd edək ki, Romeo Laviya 2023-cü ilin avqustunda “Sauthempton”dan “Çelsi”yə transfer olunub. Belçika millisinin üzvü olan gənc futbolçu, bu mövsüm London klubunun heyətində 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
0
idmanxeber.az

1Mənbələr