Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak bəyan edib ki, ABŞ-la faydalı qazıntılar sahəsində imzalanmış saziş çərçivəsində Ukraynaya müasir hava hücumundan müdafiə (HHM) sistemləri tədarük olunacaq.
APA xəbər verir ki, Podolyak bu barədə "X" hesabında yazıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu sazişin yaxın günlərdə Ali Radaya ratifikasiya üçün təqdim olunacağını bildirərək sənədi “bərabərhüquqlu və strateji əhəmiyyətli” adlandırmışdı.