AZ

ABŞ Moskva-Kiyev danışıqlarında vasitəçilikdən imtina etdi

BAKI, 2 may. TELEQRAF

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib.

Onun sözlərinə görə, Moskva və Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb: “Bizim bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Bu, indi iki tərəf arasında görülməli olan bir işdir. Bunun vaxtıdır".

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar hələ də sülhün əldə edilməsinə kömək etmək üçün “əldən gələn hər şeyi edəcək”, lakin onların fikrincə, münaqişənin nəticəsi indi Ukrayna və Rusiyadan “konkret ideyaların işlənib hazırlanmasını” tələb edir.

"Dünyanın başqa hissələri, bütün yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir", - o əlavə edib.

Bundan əlavə, Bruce ABŞ-ın Rusiyaya qarşı hazırda mövcud olan sanksiyaları ləğv etməyəcəyini vurğulayıb.

Seçilən
0
8
teleqraf.com

10Mənbələr