AZ

Fransa XİN: İran və "Avropa üçlüyü" arasında məsləhətləşmələr baş tutmayacaq

İran ilə “Avropa üçlüyü”nə (Almaniya, Böyük Britaniya və Fransa) daxil olan ölkələr arasında 2 mayda keçirilməsi planlaşdırılan texniki məsləhətləşmələr ləğv edilib.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "AFP"yə müsahibəsində bildirib.

“ABŞ və İran arasında yüksək səviyyəli görüşdən öncə texniki görüş planlaşdırılmışdı. Lakin həmin danışıqlar baş tutmayacağı üçün texniki məsləhətləşmənin də bu mərhələdə aktuallığı qalmayıb”, – deyə nazir qeyd edib.

Seçilən
0
apa.az

1Mənbələr