Ağdaşda yol qəzası baş verib.
Referans bildirir ki, Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.
"Vaz 21 06" və "BYD" markalı maşınlar toqquşub, nəticədə "Vaz 21 06" yol kənarında dayanan "Hunday" markalı maşına çırpılıb.
İlkin məlumata görə, üç avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb.
Yaralılar 2003-cü il təvəllüdlü Cabbarov Zaur Hüseyn oğlu və iki qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta