AZ

Liman ərazisində partlayış baş verib, xəsarət alanlar var

Almaniyanın şimalında Timmendorfer-Ştrand icmasının (Şlezviq-Holşteyn federal torpağı) liman ərazisində partlayış baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, partlayışa səbəb qaz balonunun partlaması olub.

Məlumata görə, 10-a yaxın şəxs xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr