ABŞ Dövlət Departamenti Culi Devisin Ukraynaya səfir təyin edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə departamentin rəsmi nümayəndəsi Tümmi Bryus brifinqdə məlumat verib.
"Prezident Donald Tramp və dövlət katibi Marko Rubio səfir Culi Devisin Kiyevdə xidmət göstərməsinə qərar veriblər ", - Bryus deyib.
Aprelin 10-da ABŞ Dövlət Departamenti Bridcit Brinkin Ukraynadakı səfir postunu tərk etdiyini təsdiqləyib. "Financial Times" qəzetinin yazdığına görə, səfirin istefası Tramp administrasiyası ilə fikir ayrılığı ilə bağlıdır.