Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilən tibb müəssisələrində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:
2.1.1. yenidən təşkili və ləğvi;
2.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
2.3. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə:
2.3.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.3.2. idarəetmə orqanlarının yaradılması;
2.3.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.3.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
2.3.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
2.3.6. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla,
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan müəssisələrlə bağlı müvafiq təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görsün;
3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
3.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla aşağıdakı məsələləri həll etsin:
4.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin nizamnamələrinin iki ay müddətində təsdiq edilməsi;
4.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin idarəetmə orqanlarının rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi.
10Mənbələr
-
e-saglam.azNaxçıvanda bəzi xəstəxanalar nazirliyə verildi ( 16931063)
-
pravda.azTƏBİB-lə bağlı MÜHÜM QƏRAR ( 16918406)
-
nocomment.azBu qurum nazirliyin tərkibinə verildi ( 16909835)
-
valyuta.azBu qurum nazirliyin tərkibinə verildi ( 16908518)
-
ekologiya.azTƏBİB ləğv olundu: Xəstəxanalar Səhiyyə nazirliyinə verildi - FƏRMAN İMZALANDI ( 16906736)
-
moderator.azTibb müəssisələri əmlakları ilə birgə Səhiyyə Nazirliyinin tabeliyinə verildi ( 16906316)
-
azia.azBU müəssisələri əmlakları Səhiyyə Nazirliyinin tabeliyinə verildi-TƏCİLİ ( 16906058)
-
paytaxt.orgTƏBİB ləğv olundu: Xəstəxanalar Səhiyyə nazirliyinə verildi - FƏRMAN İMZALANDI ( 16904858)
-
buta.tvBu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi ( 16904501)
-
axar.azBu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi ( 16904495)