Səhərlər qəhvə qəbulu uzunömürlü olmağın sirlərindən biridir.
Bizim.Media xəbər verir ki, kardioloq Aurelio Rojas yuxudan oyandıqdan sonra bu içkidən bir fincan içənlərin nəinki daha uzun ömür sürdüyünü, həm də ürək problemlərindən daha az əziyyət çəkdiyini bildirib.
Tulane Universitetinin Obezite Araşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan araşdırma 20 ildən çox qəhvə içən 20 min insanın monitorinqini əhatə edib. Onların nəticələri içki qəbul etməyənlərin nəticələri ilə müqayisə edilib.
Alimlər qeyd ediblər ki, 10 il ərzində bəzi qəhvə həvəskarlarının ölüm ehtimalı 16%, ürək-damar xəstəliklərindən ölüm ehtimalı isə 30% azalıb. Ancaq bu, yalnız səhərlər qəhvə içməyə öyrəşmiş insanlara şamil edilib, günün digər saatlarında qəhvə qəbul edənlər bu araşdırmalara cəlb edilməyib.
Dr.Rojas saat 12:00-dan sonra kofein qəbulunun orqanizmdəki təsirini izah edərək bildirib ki, bu, ürək ritmini və hormon ifrazını poza bilər, potensial sağlamlıq faydalarını inkar edə bilər.
Qeyd edilib ki, qəhvə dənələrinin tərkibindəki B2 və B5 vitaminləri sağlam qan hüceyrələrini saxlamağa və xolesterin səviyyələrini idarə etməyə kömək edir, kalium və maqnezium isə qan təzyiqi və qan şəkəri səviyyələrini tənzimləmək üçün həyati əhəmiyyət kəsb edir. Qəhvənin tərkibində olan bəzi bitki birləşmələri 2-ci tip diabetin inkişaf riskini 10% azalda bilər.
Bizim.Media