AZ

Modriç və Vaskesin “Real”dakı gələcəyi müəyyənləşib

Luka Modriç "Real" qısamüddətli müqavilə imzalaya bilər.

Apasport.az xəbər verir ki, Madrid klubu 39 yaşlı futbolçu ilə iki həftəlik razılıq əldə etmək niyyətindədir.

Xorvatiyalı futbolçunun "Real"la müqaviləsi bu il iyunun sonunda bitəcək. Amma madridlilər klublararası dünya çempionatındakı iştirakı nəzərə alaraq, onunla yeni iki həftəlik müqavilə imzalaya bilər. FIFA klublara iyunun sonunda bitəcək müqavilələri artırmaq məsləhəti görüb. 

Qeyd edək ki, "Real" Lukas Vaskeslə eyni şərtlərdə müqavilə imzalamaq niyyətindədir. Bu futbolçuların gələcək taleyi isə dünya çempionatından sonra bəlli olacaq.

“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ

Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

Yamal “100”ə çatdı

Ronaldo oynadı - “Əl-Nəsr” kubokla vidalaşdı

Vardi Premyer Liqa klubunun radarında

Seçilən
0
apasport.az

1Mənbələr