AZ

Fransada1 May nümayişi zamanı etirazçılarla polis arasında toqquşma olub

Məlumata əsasən, iğtişaşçılar banklardan birinin filialını dağıdıb.

Fransanın paytaxtı Parisdə keçirilən 1 May – Beynəlxalq Əmək Gününə həsr olunmuş nümayiş zamanı etirazçılarla polis arasında qarşıdurma baş verib.

Operativ Media xəbər verir ki, təxminən 100 min nəfərin iştirak etdiyi aksiyada nümayişçilərə qoşulan bəzi şəxslər iğtişaş törədib. Hadisəyə müdaxilə edən hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edərək etirazçılara cavab verib.

Məlumata əsasən, iğtişaşçılar banklardan birinin filialını dağıdıb. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə nəfər saxlanılıb.

BFMTV telekanalı isə Paris polisinin məlumatına istinadən 13 nəfərin həbs edildiyini bildirib.

Qeyd edək ki, Parisin polis prefekti Loran Nunyes aksiyadan əvvəl verdiyi açıqlamada, nümayiş zamanı təhlükəsizliyin təmin olunması üçün şəhərə 2 mindən çox asayiş keşikçisinin cəlb edildiyini qeyd etmişdi.

Seçilən
0
operativmedia.az

1Mənbələr