AZ

Rodri qayıtdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri uzun fasilədən sonra məşqlərə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı futbolçu ötən ilin sentyabrında aldığı çarpaz bağ zədəsini sağaltdıqdan sonra topla çalışmalara başlayıb. Bu barədə klubun rəsmi sosial media hesablarında məlumat paylaşılıb.

Bu mövsüm ispaniyalı yarımmüdafiəçi bütün turnirlərdə üç oyunda iştirak etsə də, qol vurmayıb. 28 yaşlı futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr