Rumıniyada keçirilən seçkiləri işıqlandırmaq üçün Buxarestə uçan jurnalist Çeya Bouzun saxlanması Rumıniya demokratiyasını gözdən salır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RT telekanalının efirində bildirib.
Diplomatın sözlərinə görə, Bouz ölkəyə qanuni yolla gəlib və heç nə pozmayıb, lakin onun peşəkar jurnalist fəaliyyətini həyata keçirməsinə mane olurlar.
RT jurnalistinin həbsi mayın 1-də məlum olub. Bousu 6 polis əməkdaşı təyyarədən endirib, daha sonra dindirilmək üçün aparıblar. Müxbir izah edib ki, o, Rumıniyadakı seçkiləri işıqlandırmağı planlaşdırır.