AZ

Çin millisinin sabiq baş məşqçisi apellyasiya şikayətini uduzdu

Çin yığmasının keçmiş baş məşqçisi, 2024-cü ilin dekabrında 20 illik həbsə məhkum edilmiş Li Te məhkəmədə apellyasiya şikayətini uduzub.

Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, məhkəmə, rüşvətxorluğuna görə həbsə alınmış Tenin əvvəlki cəzasını qüvvədə saxlayıb.

Mənbənin məlumatına görə, Te 2015-ci ildən 2021-ci ilə qədər müddət ərzində ümumi məbləği 120 milyon yuan təşkil etmiş rüşvət alıb. Məhkəmə belə bir qənaətə gəlib ki, Li aldığı rüşvət müqabilində “milli yığma komanda üçün müəyyən simaları seçirmiş”. Həmçinin Linin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilələr imzalamağa “kömək etdyi” vurğulanır. 47 yaşlı mütəxəssis etdiyi cinayətlərin məcmusu üzrə, rüşvət verilməsi və alınması, dövlət qulluğunda olmayan təşkilatlara və şəxslərə rüşvət veriməsi də daxil olmaqla 20 illik həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Li Te Çin milli komandasının sükanı arxasında 2019-2021-ci illərdə olub.

Seçilən
0
arena.az

1Mənbələr