
London Paris və Ər-Riyadla Fələstin dövlətinin iyun ayında tanınması ilə bağlı danışıqlar aparır.
Yeniavaz.com “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammin Lordlar Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib.
Nəşrin məlumatına görə, Lamminin sözlərinə görə, London simvolik məqamda deyil, regiondakı vəziyyətə təsir edəcək zaman belə bir addım atmaq istəyir. Nazir qeyd edib ki, İngiltərə Fələstin probleminin siyasi həllini tapmaq üçün iyun ayında çağırılan konfransda Fələstin dövlətinin tanınması ilə bağlı Fransa və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
Lammi çıxışı zamanı Fələstinin bəzi Avropa dövlətləri tərəfindən son zamanlar tanınmasının heç bir təsiri olmadığını vurğulayıb.