AZ

DSX yarım milyonluq təkər alır

Dövlət Sərhəd Xidməti (DSX) “İnport” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət DSX-nın xüsusi və yük maşınları üçün yüksək keçid qabiliyyətli avtoşinlərin satın alınması ilə bağlı tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 531 651,36 manatdır.

Qeyd edək ki, MMC "Qaraj-21" adı ilə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. 20 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əliyev Səlim Tarix oğludur.

MMC daha əvvəl DSX-nın 547.543,55 manatlıq, 925.651,00 manatlıq və 233.457,93 manatlıq tenderlərinin də qalibi olub.

Hüseyn

Seçilən
0
valyuta.az

1Mənbələr