AZ

Bu ölkədə güclü zəlzələ oldu

Argentinada rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar ölkənin qərbindəki La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə qeyd alınıb. Bildirilir ki, zəlzələnin episentri yerin 131 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Argentinada 6 bal gücündə zəlzələ baş vermişdi. San Luis bölgəsində baş verən zəlzələ zamanı fəsadlar qeydə alınmamışdı.

Seçilən
0
1
metbuat.az

2Mənbələr