Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rüstəməliyev kəndində qeydə alınıb.
1976-cı il təvəllüdlü N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.