Ukrayna Ali Radası bir həftə ərzində ABŞ ilə mineral ehtiyatlar sazişini təsdiq etməyi planlaşdırır.
Bu barədə Sky News Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, sazişin hər üç hissəsi çərşənbə günü imzalanıb. O, həmçinin qonorarın yarısının Ukraynanın təbii sərvətləri ilə bağlı yeni layihələrdən əldə ediləcəyini və bunun nadir torpaq metalları ilə məhdudlaşmayacağını qeyd edib.
Aprelin 30-da Vaşinqton və Kiyev nadir torpaq metallarına dair saziş imzalayıblar. Sənəd dağ-mədən sektorunda birgə layihələrin həyata keçirilməsi üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna öz yeraltı sərvətlərinə nəzarəti özündə saxlayacaq və saziş çərçivəsində əldə edilən gəlir bu ehtiyatların bərpasına yönəldiləcək.
Ukrayna hökumətinin sədri Denis Şmıxal bəyan edib ki, Ukrayna ABŞ-la əldə olunan razılaşma nəticəsində resurslara nəzarəti itirməyəcək.
//Gülnarə Abasova, Editor.az