PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir. Qanunvericiliyə iki yeni rüsum əlavə edildi. Bəzi ödənişlər isə yalnız nağdsız olacaq. Əks halda 1000 manata qədər cəriməsi var. Belə ki, "İcra haqqında" Qanuna dəyişiklik təklif edilir. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Xezerxeber.az-ın verdiyi xəbərə görə, Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib ki, üç milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. O, bildirib ki, kredit portfeli üzrə artım, eyni zamanda, istehlak kreditlərində də özünü göstərir.
Millət vəkili Elçin Mirzəbəylinin sözlərinə görə isə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklərə ehtiyac var.
Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar qərar da 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə daxil ediləcək. Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: