ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı müqavilənin ağır bir müqavilə olmasını istəmirik.
7Times.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə deyib.
“Pullarımızın təhlükəsizlikdə olduğu müqavilə imzaladıq. Qazma işlərinə başlaya və üzərimizə düşəni edə bilərik”, – deyə Tramp bildirib.
Tramp iddia edir ki, ABŞ-ın istehsal sahələrində olması bir çox “pis aktoru” ölkədən kənarda saxlayacaq.