Ölkədə həkimlərin peşə bilik və bacarıqlarının imtahan vasitəsilə qiymətləndirilməsi ilə yanaşı, davamlı peşəkar inkişafı da qiymətləndiriləcək.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib və məsələ Səhiyyə komitəsinin iclasında müzakirə olunub.
Səhiyyə sahəsində baş verən problemlər Azərbaycanda dünyanın bir çox ölkələrində istifadə edilən Dünya Tibb Təhsili Federasiyasının standartları ilə hazırlanan davamlı peşəkar inkişafın tətbiqini zəruri edir.
Davamlı peşəkar inkişaf sistemi tətbiq edilməklə Azərbaycandakı həkimlər sertifikat şəhadətnaməsini 5 il ərzində 250 kredit balı yığmaqla da əldə edə biləcəklər.Yəni həkim ya 5 ildən bir imtahana girib sertifikat şəhadətnaməsini yeniləyəcək, ya da 5 il ərzində hər il 50 bal olmaqla 250 kredit balı yığacaq və imtahandan azad olacaq.
Bəs həkimlər bu balı necə toplayacaq?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: