AZ

Azərbaycan millisi finalda məğlub oldu

Minifutbol üzrə Azərbaycan millisi Millətlər Liqasının final qarşılaşmasına çıxıb.

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlər Liqası turnirində çıxışını başa vurub.

Operativ Media xəbər verir ki, bu gün yarımfinalda Belçika yığmasına qalib gələn (2:0) Azərbaycan millisi finalda Slovakiya komandası ilə arşılaşıb. Matçın əsas vaxtı heç-heçə (2:2) bitib. Penaltilər seriyasında isə meydan sahibləri qalib gəlib (3:1).

Qrupda Azərbaycan daha əvvəl Ukrayna (2:2) və Slovakiya (2:3) ilə oynayıb.

Xatırladaq ki, ötən həftə Azərbaycan komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.

Seçilən
0
operativmedia.az

1Mənbələr