Minifutbol üzrə Slovakiyada keçirilən Millətlər Liqasının finalında Azərbaycan və Slovakiya yığmaları üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, milli komandamız əsas vaxtda 2:2 hesablı heç-heçə edib, penaltilər seriyasında isə rəqib komanda 3:1 hesabı ilə qələbə qazanıb. 

Elşad Quliyevin rəhbərlik etdiyi komanda turniri ikinci yerdə başa vurub. 

Qeyd edək ki, qrupda Slovakiyaya uduzaraq (2:3), Ukrayna ilə heç-heçə edən (2:2) milli komandamız yarımfinalda Belçikanı 2:0 hesabı ilə məğlub edib.