Xalid Kərimli: "Qonşularımız uğursuz, okeana çıxışımız isə yoxdur - dünyada ən ucuz daşıma okean vasitəsilə həyata keçrilır"
Son illər bütün dünya iqtisadiyyatı inkişafda olan Çin iqtisadiyyatından kifayət qədər bəhrələnir. Mərkəzi və Orta Asiyanın türk dövlətləri Çinin avtomobilindən tütmuş bütün məişət texnikalarına qədər, hər şəyi öz ölkəsində istəhsal edir.
Ölkə daxilində istehsal edilən avtomobil və məişət texnikaları isə dünya bazarındakı analoqlarından kifayət qədər ucuz başa gəlir, keyfiyyəti də onlardan geri qalmır. Elə isə Azərbaycan bu fürsətdən nəyə görə faydalanmır? Hər nə qədər neft ölkəsi olsaq da əhalinin hər nəfərinə düşən illik gəlir region ölkələrindən geri qalır.
Ona görə də ölkə əhalisini heç olmasa ucuz və keyfiyyətli məişət texnikası ilə təmin etmək vacibdir. Çin isə dünyanın iqtisadi nəhəngi olaraq qapılarını hamının üzünə açıb.
Onu da qeyd edək ki, illər əvvəl bir Çin avtomobil markası Azərbaycana gətrilmişdi, amma indi onun fəaliyyəti gözə dəymir, "NAZLifan" adı artıq hamının yadından çıxıb.
Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib.
Zavod 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən, 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən, Naxçıvanın keçmiş rəhbəri Vasif Talıbova yaxınlığı ilə tanınan "Cahan Holdinq" MMC-yə məxsusdur.
Zavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilirdi. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.
Zavodun təsisçisi Vugar Abbasov, direktoru isə Səxavət Hümbətovdur. 2010-cu ilin məlumatına görə zavodda 50 nəfər işçı çalışıb. Hazırda zavod işləmir.
Nəyə görə Orta Asiyadakı qardaşlarımız bunu bacarır, amma biz bacarmadıq?
Baki-xeber.com saytının sualını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Çin avtomobillərinin bizə nisbətən Orta Asiyada istehsalının daha geniş yayılması həm bazarın yerləşmə regionu, həm də bazarların qorumnası ilə bağlıdır.
Bununla yanaşı Azərbaycanda yalnız avtomobil sənayesi deyil, ümumiyyətlə, qeyri-neft-qaz sektoru inkişaf etdirilə bilmir. Bunun bir sıra subyektiv səbəbləri var. Subyektiv səbəblərdən çox danışılıb, amma səbəblər içərisində obyektivləri də var. Məsələn, biz tranzit baxımdan coğrafi mövqeimizin əlvərişli olduğunu deyirik. Lakin bununla yanaşı bizim regional dez-avantajımız var. Biz qonşularımıza baxanda görürük ki, İran onilliklərdi sanksiyalar altındadır, Rusiyada 3 ildi onun cərgəsinə qoşulub. Ermənistanla ümumiyyətlə münasibətimiz yoxdur. Qalır bir Gürcüstan, o da bizə Avropadan qiymət baxımından daha sərfəri köhnə avtomobil tranzit edir.
Eyni zamanda, ölkədə avtomobil istehsalı və biznesinin qurulmasının ciddi lagistik problemləri var. Bu da əsasən xərcləri şişirdir və yüklərin çatdırılma müddətini artırır. Bizim okeana çıxışımız yoxdur, dünyada ən ucuz daşıma isə ökean vasitəsilə həyata keçrilır. Hazırda Azərbaycan üzərindən planlaşdırılan və reallaşdırılan tranzitlər hələ tam otruşmayıb. Onlar otruşandan sonra lagistik minuslarımızın sayı azala bilər.
Baki-Tiflus-Qars dəmir yolunda yükdaşımalar hələ təzə-təzə artım verir, Zəngəzur dəhlizinin isə nə vaxt açılacağı bəlli deyil. Cənub-Şimal dəhlizinin tamamlanması üçün isə İran hələ Rəşd-Astara dəmir yolunun tikintisinin tamamlanmasını uzadır. Yüklər daşınır, amma hələ bir qədər gec çatdırılır və baha başa gəlir. Avtomobil istehsalında da xərclər və yardımçı sahələrin olması vacibdir. Bunun isə bizdə ənənələri belə yoxdur. Avtomobil sənayesini müasir mərhələdə inkişaf etdirmək çox çətindir. Ona görə də dünyada cəmi 10-15 avtomobil brendi var. Bunlar isə iqtisadi nəhənglərin payına düşür. Heç o boyda Rusiya dünya avtomobil bazarında uğur qazana bilmir.
Bizdə avtomobil sənayesinin klassderləşmiş sahələri yoxdur, bu artıq olmayacaq da... Ona görə də bizdə avtomobil istehsalı alınmır. Biz yalnız avtomobili yığmaqla məşğul ola bilieik. Bu da məlum səbəblərdən rentabelli olmur. Cəmi iki il əvvəl ölkədə yığılan avtomobillərin ehtiyat hissələrinin idxalına görə vergi və rüsumlar dayandırılıb.
Məsələn, biz avtomobili yığıb, cəmi 10 milyonluq bazarda sata biləriksə, Özbəkistan yığdığı avtomobili 70-80 milyonluq bazarda satır. Biz uzaqdayıq, amma onlar Çinin qonşusudur. Ona görə bizdə avtomobil yığmaq baha başa gəlir. Hazır avtomobillər isə qiymətdə və keyfiyyətdə idxal avtomobilinə uduzur.
Digər sahələrdə qeyri-neft-qaz sənayesinin inkişafına manie olan amillər isə inhisarçılıq, inzibati manielərin çox olması və s. bu kimi biznesin işini ləngidən digər faktirlardır.
Akif NƏSİRLİ