AZ

Ağ Ev yeni sazişin təfərrüatlarını AÇIQLADI

Resurs sazişi çərçivəsində ABŞ - Ukrayna birgə layihələri minerallar, karbohidrogenlər və infrastrukturu əhatə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"İqtisadi təhlükəsizlik milli təhlükəsizlikdir və bu mühüm tədbir kritik resursların yanlış əllərə keçməsinin qarşısını alır", - bəyanatda deyilir.

Aprelin 30-da Vaşinqton və Kiyev nadir torpaq metalları haqqında saziş imzalayıb. Sənəd hasilat sənayesində birgə layihələrin həyata keçirilməsi üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna yerin təki üzərində nəzarəti saxlayacaq və sövdələşmə çərçivəsində əldə edilən gəlir onun bərpasına yönəldiləcək.

Seçilən
0
publika.az

1Mənbələr