"Barselona" klubu "Mançester Siti"dən Erlinq Haalandın transferi üçün çalışmalara başlayıb. 

Offsideplus.az xəbər verir ki, klub rəhəbərliyi maliyyə sıxıntılarının olmasına rəğmən norveçli ulduzun keçidini 2026-cı ildə gerçəkləşdirə biləcəyinə inanır. Klub düşünür ki, "Nike" şirkəti ilə yeni müqavilə Haalandın transferinə imkan yaradacaq. 

Erlinq Haalandın klub tarixinin ən bahalı transferi olması gözlənilir.