AZ

ADA Universitetində Hacı Zeynalabdin Tağıyev Mükafatı təqdim olunub (FOTO)

Bakı. Trend:

ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirənHacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimikeçirilib.

Trend xəbər verir ki, SosialMəsuliyyət Günü münasibətilə təşkil olunan tədbir Universitetindəyərlərini əks etdirən və gənclərin təşəbbüskar ruhunu ortayaqoyan əlamətdar gün kimi xüsusi ruh yüksəkliyi ilə qeyd edilib.

Tədbirdən öncə, kampusda təşkil olunan sərgidə tələbələr ilərzində ərsəyə gətirdikləri sosial təsirə malik təşəbbüslərinitəqdim ediblər.

ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev çıxışındatədbirin əhəmiyyətindən bəhs edərək bildirib:
“Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı,məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı ZeynalabdinTağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yolgöstərir. Tələbələrimizin də bu irsi yaşadaraq bunu gələcəyədaşımağa çalışması nailiyyətimizdən biridir.”

ADA Universitetinin Prorektoru Günay Ziyadova çıxışında butəşəbbüsün on ildən artıqdır ki, ADA-nın əsas ənənələrindən birinəçevrildiyini vurğulayıb.

Tədbirdə həmçinin Hacı Zeynalabdin Tağıyevin nəslinindavamçıları da iştirak ediblər.

Tədbirin sonunda münsiflər heyətinin üzvləri tərəfindən qalibkomandalar elan olunub.
Birinci yerə sahib olan “Benjamin Button” komandası 2500 manat,ikinci yeri qazanan “Tech4Equity” komandası 1500 manat, üçüncü yerəçıxan “Empower Disability” və “She Leads” komandaları 1000 manatməbləğində mükafat qazanıblar.

Qeyd edək ki, bu il yüzdən çox ADA tələbəsi müxtəlif mövzulardalayihələr həyata keçirib. Onlar yalnız Bakıda deyil, həmçininregionlardakı məktəblərdə, qocalar evlərində və ictimai məkanlardafəaliyyət göstərərək cəmiyyətin sosial inkişafını dəstəkləyəntəşəbbüslərlə çıxış ediblər.

Bu layihə təşəbbüsləri təhsil və biliklərin əlçatanlığınınartırılması, gənclərə yumşaq bacarıqların ötürülməsi, ətraf mühitinqorunması və ekoloji maarifləndirmə, texnologiya və innovasiyanınsosial fayda üçün tətbiqi, eləcə də sosial inteqrasiya və icmaruhunun gücləndirilməsi sahələrini əhatə edib.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
0
4
az.trend.az

6Mənbələr