İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, kütləvi yanğınlarda əli olmaqda şübhəli bilinən 18 nəfər həbs edilib.
Onun verdiyi bəyanatı “The Times of Israel” internet qəzeti yayıb .
Netanyahu Qüdsdə çıxışı zamanı deyib: “Biz indiyədək yanğın törətməkdə şübhəli bilinən 18 nəfəri saxlamışıq, onlardan biri cinayət başında yaxalanıb”.
Yanğın paralel olaraq bir neçə yerdə baş verib ki, bu da terror aktı şübhəsini artırır.