AZ

Mayk Uolts istefa verib

  ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefa verib.

Bu barədə “Fox News” məlumat yayıb.

Qeyd olunur ki, Mayk Uolts və köməkçisi Aleks Vonq mayın 1-dən etibarən vəzifələrindən azad ediliblər.

Onların “Signal” tətbiqi ilə bağlı qalmaqal səbəbindən istefa verdikləri deyilir.

Xatırladaq ki, mart ayında Uolts ABŞ-ın Yəməndəki Husi hədəflərinə qarşı planlaşdırdığı hava zərbələrini müzakirə edən “Signal” qrupuna “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqi təsadüfən əlavə etmişdi. Qoldberq də həmin yazışmanı paylaşmışdı./globalinfo.az   

Seçilən
0
referans.az

1Mənbələr