AZ

Hindistan Pakistana qarşı ədalətsizliyini davam etdirir - ŞƏRH

Bakı. Trend:

Hindistan-Pakistan arasında yaranan gərginlik dünya vəAvrasiyanın orta xəttində böyük dəyişikliklərə gətirib çıxarabilər.

Bunu Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilikAkademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri ZaurMəmmədov deyib.

O bildirib ki, amma iki dövlət arasında yaşananlarda xariciizlər də var:

"Həmin qüvvələr hər iki ölkədən öz maraqları üçün istifadə etməkistəyirlər. Bu gərginlikdə Amerika Birləşmiş Ştatları və Çininməsələyə yanaşması da maraqlı olacaq. Çinlə Pakistantərəfdaşdırlar. Çin Xarici İşlər Nazirliyi tərəfindən pakistanlıkolleqasına zəng edilməsi də onu göstərir ki, Rəsmi Pekin buməsələlərə ciddi yanaşır. Terror olan ərazinin yaxınlığından Çinüçün strateji yollar keçir. Bu yolların müdafiəsi vətəhlükəsizliyin təminatı Çin üçün vacibdir. Bu da Çinin mümkünmüharibəyə müdaxilə etmə imkanını artırır. Digər tərəfdən iki ölkəarasında olan gərginlik Çinin sərhəd təhlükəsizliyinə təsir edənməqamlardandır".

Ekspert qeyd edib ki, hazırda Hindistanda hakimiyyətdə olaninsan müsəlmanlara qarşıdır.

"Narendra Modi islam ölkələrinə qarşı birmənalı siyasəti iləseçilməyən şəxsdir. Bu da olduqca vacib amillərdəndir. Lakin böyükmüharibənin baş verəcəyini gözləmək olmaz", - deyə o qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Turalİsmayılov isə Trend-ə açıqlamasında bildirib ki, Hindistan ilə Pakistanarasında gərginlik bütün dünya üçün çox ciddi risklər, təhlükələrehtiva edir.

"Nəzərə almaq lazımdır ki, həm dünyada əhali sayına görə bu ikiölkə ciddi resursa malikdir, həm də eyni zamanda, hərbi sənayeməhsullarına görə Pakistanın Hindistandan qlobal sahədə böyüküstünlükləri mövcuddur. Hər iki ölkə də nüvə ölkəsidir. Bütünbunlar dünya üçün baş verə biləcək bir Hindistan-Pakistanmüharibəsinin çox böyük bir gərginliyə səbəb olması ilə bağlınarahatlıqlar yaradır. Digər bir məqam isə ondan ibarətdir ki, bugün Kəşmir məsələsi ətrafındakı problem də beynəlxalq hüquqbaxımından lazımi qaydada həll edilmir. Bu problemin həlli üçünhansısa dəstək göstərilmir. Əhalisinin əksəriyyətinin müsəlmanolduğu Kəşmirin Hindistan tərəfindən Canmo Kəşmir adlanan bölgəsimövcuddur. Eyni zamanda, Pakistan da azad Kəşmir adlandırdığıhissəyə nəzarət edir və tez-tez Kəşmir böhranı səbəbindən bu ikiölkə qarşı-qarşıya gəlir", - o əlavə edib.

T.İsmayılov qeyd edib ki, Hindistan Pakistana qarşıədalətsizliyini müxtəlif dövrlərdə davam etdirdiyi kimi/, yenə dədavam etdirir.

"Çünki Pakistanın özü terrorizmdən əziyyət çəkən bir ölkədir. Vəhəmişə beynəlxalq birliyə, beynəlxalq terrorizmə qarşı mübarizədəçağırışlar edir. Buna baxmayaraq bu çağırışlara adekvat reaksiyalarverilmir. Hindistanın turistlərə qarşı baş vermiş terror hadisəsinihəmin hadisənin baş verməsinin yarım saat sonra heç bir araşdırmaetmədən Pakistanın üzərinə yıxmağa çalışması onu göstərir ki,Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistandandüşmən obrazını daha da radikallaşdırmaq və bundan istifadə edərəkbunu bir müharibəyə çevirməyə çalışır. Bu baxımdan da Hindistan vəPakistan arasında hansısa bir hərbi qarşıdurmanın baş verməehtimalları qlobal aləmdə tətikdə olmalıdır", - deyə ovurğulayıb.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr