"Microsoft"un qurucusu Bill Qeytsin qızı atasına “Asperger” sindromu diaqnozu qoyulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, “New York Post”un qeyd etdiyi kimi, milyarder heç vaxt belə bir diaqnozu ictimaiyyətə açıqlamayıb.
O daha əvvəllər müsahibələrində uşaqlıqda autizm spektri pozğunluqlardan əziyyət çəkdiyini qeyd edib.
“Asperger” sindromunun əlamətlərindən biri də ünsiyyətdə çətinlikdir - belə insanlar başqalarının emosiyalarını tanımaqda, üz ifadələrini, intonasiya və jestləri başa düşməkdə çətinlik çəkirlər, davranışları kobud görünə bilər.
Bu sindromlu insanlar çox vaxt diqqətləini tamamilə ələ alan xüsusi maraqlara malikdirlər.
Bizim.Media