Le Pen prezident postu uğrunda mübarizəni davam etdirəcək
Fransa parlamentindəki Milli Mitinq partiyasının lideri Marin Le Pen Narbonnada keçirdiyi görüşdə tərəfdarlarına söz verib ki, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün hüquqi mübarizəsini davam etdirəcək. Bu barədə BFMTV yazır.
2025-ci il martın 31-də Paris məhkəməsi Le Penə və bir sıra Avropa Parlamentinin deputatlarına Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb.
Le Pen görüş iştirakçılarına deyib: “İki ildən sonra sizi növbəti prezident seçkilərində təmsil etmək ümidi ilə şərəfim və günahsızlığım naminə yeni mübarizəyə başlamalı olduğum vaxtdan 30 gün keçdi”.
Siyasətçi 2026-cı ildə prezident seçkilərindən əvvəl bələdiyyə seçkilərinin də keçiriləcəyini xatırladıb. O, bu seçkilərin onun tərəfdarları üçün “demokratiyanın müsadirəsinə qarşı ayağa qalxması” üçün bir fürsət olacağını açıqlayıb.
aia.az
Tərcümə şöbəsi