Demokrat.az xəbər verir ki, bu barədə regional prefektura X sosial şəbəkəsində məlumat yayıb.
Hər il 1 May Fransada ənənəvi olaraq Əmək Günü şərəfinə nümayişlər keçirilir. Hakimiyyət qeyd edib ki, etirazçılar prefektura binasına ziyan vurub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar və fişənglər atıblar.
Buna cavab olaraq polis xüsusi vasitələrdən istifadə edib.
Dünən Parisdə Fransanın Ukrayna münaqişəsində iştirakına və ölkəyə Qərb qoşunlarının göndərilməsinə qarşı nümayiş keçirilib. Patriotlar partiyasının təşkil etdiyi etiraz aksiyası Fransa paytaxtının mərkəzində, Pale-Royal meydanında başlayıb.
Əfsanə Kamal
Demokrat.az