Müdafiəçi Federiko Qatti "Yuventus"la müqaviləsini uzadacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun klubla yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Yeni müqaviləyə əsasən, futbolçu vergilərdən sonra 2 milyon avrodan çox qazanacaq.