BAKI, 1 may. TELEQRAF
ABŞ-nin yüksək rütbəli nümayəndəsi mayın 9-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi əlaqədar Moskvada keçiriləcək hərbi parada qonaq qismində qatılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Zvezda” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, Birləşmiş Ştatlar paradda yüksək səviyyədə təmsil olunacaq.
Rusiya mətbuatı yazır ki, söhbət ABŞ dövlət katibi Marko Rubionun iştirakından gedir.