AZ

Daşkəsəndə yeniyetmə qonşusunu bıçaqladı

DAŞKƏSƏN, 1 may. TELEQRAF

Daşkəsən rayonunda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Eltun Məmmədov münaqişə zəminində qəsəbə sakini, qonşusu 1995-ci il təvəllüdlü İmdad Həsənovu bıçaqlayıb.

Yaralı ilk olaraq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, insident söyüş üstündə baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr