AZ

“Qarabağ”ın futbolçusunun burnu sındı - bir ay ərzində...

“Qarabağ-2”nin futbolçusu zədələnib.

Futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasının 32-ci turunda “Sabah-2” ilə qarşılaşan ağdamlılar itki ilə üzləşib. Qonaqların müdafiəçisi Nihat Həsənzadə zədələnib. Həkimlərin müdaxiləsindən sonra 39-cu dəqiqədə onu meydandan çıxarıblar.

Nihatın durumuna aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Nihatın burnu sınıb. Hazırda həkim nəzarətindədi, burnunda şiş var. Əməliyyat olunacağı gözlənilir. Şişin yatması, hematomanın çəkilməsi prosesi gedəcək. Daha sonra bir ay ərzində əməliyyat gözlənilir”.

ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr