AZ

Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...


Xaqani Cəfərli: "... ser Uinston ÇörçillinDemokratiya - idarəçiliyin ən pis formasıdır, ancaq təəssüf ki, bəşəriyyət bundan mükkəməlini hələ düşünə bilməyibifadəsi ABŞ-da indi yaranmış vəziyyəti özündə tam ehtiva edir"

Donald Trampın prezidentlik fəaliyyətinin 100 günü tamam oldu. Bu müddət ərzində onun administrasiyası həm daxili siyasətdə, həm də xarici münasibətlərdə bir sıradəyişikliklər həyata keçirib. Ancaq bütün bunlar ABŞ-nin 47-ci prezidentinə uğur gətirmədi.

Tramp ilk 100 gün ərzində onlarla sənəd imzalamaqla sələflərini geridə qoyub. Çin və digər ölkələrə qarşı tətbiq edilən yüksək gömrük vergiləri, qlobal bazarlarda qeyri-sabitliyə səbəb olsa da, Tramp bu siyasəti ABŞ-nin iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə həyata keçirdiyini əsas gətirib.

Tramp qeyri-qanuni miqrasiyanı azaltmaq məqsədi ilə də əvvəlki administrasiyanın immiqrasiya siyasətlərinə əks addımlar atıb. Lakin Trampın 100 günündə bütün dünya tərəfindən ən çox gözlənilən məsələ Ukrayna və Rusiya müharibəsini bitirəcəyi ilə bağlı idi. Lakin Tramp hələ də bunu bacarmır.

Tramp 100 gündə çox iş gördü, amma nəyə görə əsas vədləri doğrulda bilmədi? Amerika və Avropa arasında olan münasibətlər tarixin ən barbad dövrünü yaşayır. Bu nə ilə bağlıdır, Tramp bacarmır, yoxsa o, sadəcə aktyordur, ölkəni idarə edən dərin dövlətdir və plan belədir?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Donald Trampın prezidentliyinin 100 günü tarixə xaotik dövrü düşəcək: "Tramp ilk 100 gün ərzində imzaladığı prezident sərəncamlarının sayı ilə bütün sələflərini geridə qoyması ilə yanaşı bu sənədlərin imzalanmasında da xaotikliyi ilə diqqət çəkir. Tariflərlə bağlı imzalanan, bir gün sonra qüvvəyə minməsi təxrə salınan sərəncamlar bunu göstərir.

Trampın prezidentiyinin 100 günü Ağ Ev sahibinin beynəlxalq münasibətlər və dünyadakı münaqişələrin həlli ilə bağlı düşüncələrinin də nə qədər bəsit olduğunu göstərdi. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müahribəsinə 24 saat ərzində son qaoyacağını vəd edən, Trampın prezidentliyinin100 günündə bu istiqamətdə kiçik də olsa uğur qazana bilməməsinin səbəbi onun beynəlxalq münasibətlər və dünyadakı münaqişələrlə bağlı düşüncələrinin bəsit olmasının nəticəsidir. “Türklərlə kürdlər min ildir düşmənçilik edir”, “Hindistanla Pakistan arasında münaqişə min ildir davam edir” deyən Ağ Ev sahibinin düşüncəsinin bəsitliyini və biliklərinin məhdudluğunu göstərir. Tramp hələ də bilmir ki, tarixdə Pakistan adlı dövlət və ya ölkə mövcud olmayıb. Pakistan adlı ölkə ötən əsrin ortalarında, təxminən 80 il öncə yaranıb.

ABŞ-ın müttəfiqləri ilə münasibətində yaşadığı problemlər Trampın düşüncələrinin bəsit, biliklərinin məhdud olmasının, peşəkarlardan ibarət komandasının və aydın proqaramının olmamasının nəticəsidir. Trampın birinci prezidentliyi dövründə komandasında peşəkar siyasətçilər çoxluq və siyasi ağırlıq təşkil etdiyindən, Trampın özünün də ikinci dəfə yenidən seçilmək qayğıları olduğu üçün ehtiyyatla davranması səbəbindən bu gün müşahidə etdiklərimizi 8 il öncə görmədik. Ancaq bu şəxsin ABŞ kimi hiper-gücə rəhbərlik etmək üçün aydın düşüncə və biliklərə malik olmadığı o zamandan bəlli idi. Təəssüf ki, demokratik sistemlərin əlahəzrəti olan seçicini aldatmaq çox çətin olmadığı üçün Tramp kimi şəxslər də yenidən hakimiyyətə gələ bilir. Vətənində “Tarixin ən görkəmli britaniyalısı” adlandırırılan böyük dövlət adamı ser Uinston Çörçillin “Demokratiya - idarəçiliyin ən pis formasıdır. Ancaq təəssüf ki, bəşəriyyət bundan mükkəməlini hələ düşünə bilməyib” ifadəsi ABŞ-da indi yaranmış vəziyyəti özündə tam ehtiva edir. Tramp demokratiyanın zəif cəhətindən istifadə edərək prezident seçilə bilib.

Demokratiyanın güclü tərəfi, qanunların aliliyi isə onun “əl-qolunu bağıayıb”.

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr